Politoloq Bəhruz Səmədov dövlətə xəyanətdə suçlanıb altı aydır həbsdə saxlanmasına etiraz olaraq aclığa başladığını deyib. O, fevralın 21-də öz məhkəməsində bunu dilə gətirib.
Ukrayna hakimiyyəti hazırda Çeçenistanda azı 150 ukraynalı hərbi əsirin saxlandığını bildirir.
BMT İnkişaf Proqramının (BMTİP) fevralın 20-də yaydığı hesabatına görə, Suriyada 14 illik münaqişədən sonra iqtisadi, sosial və inkişaf sahələrində irəliləyişin əldə olunması yarım əsr tələb edəcək.
Bu həftə də ölkədə ictimai və siyasi fəalların bəzilərinə cəza istənildi. Daha bir jurnalist saxlanıldı. "BBC Azərbaycanca" fəaliyyətini dayandırdığını açıqladı.
Kremlin Ukraynada apardığı müharibə Rusiya ordusunun avtomobil arsenalını yıpradıb. Savaş başlanandan bəri Rusiya ordusu avadanlıq və şəxsi heyətin daşınmasından ötrü, əsasən, mülki yük maşınlarından yararlanıb.
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, prezident Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında mümkün görüş Ukraynadakı müharibənin dayandırılması istiqamətində irəliləyişdən asılıdır.
Planlaşdırılmış mətbuat konfransının ləğv edilməsi gərginlik əlaməti olsa da, Ukrayna prezidenti Volodimir Zelenski fevralın 20-də ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq ilə keçirdiyi görüşü müsbət dəyərləndirib.
Ermənistan baş naziri Nikol Paşinyan milli referendum ilə ölkənin yeni konstitusiyasının qəbul olunmasından danışıb.
Fevralın 20-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenkonu qəbul edib.
ABŞ Respublikaçılar Partiyasının aparıcı nümayəndələri prezident Donald Trampın Ukrayna lideri Volodimir Zelenskiyə qarşı səsləndirdiyi son açıqlamalarına etiraz edirlər.
Ukraynada müharibə başlayandan ABŞ və Rusiya rəsmiləri arasında ilk yüksəksəviyyəli görüş Səudiyyə Ərəbistanında baş tutdu. İndi də Ər-Riyadın ABŞ ilə İran arasında vasitəçilik etməyə çalışdığı xəbərləri yayılır.
Son günlər Azərbaycanın rayonlarında kənd təsərrüfatı məhsullarında bahalaşma müşahidə edilir. Astara rayonunda kənd təsərrüfatı məhsullarının satış yerlərində də bu, özünü ilk baxışdaca göstərir.
Davamı