"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucova 3 il həbs cəzası kəsilib.
Ötən il fevralın 21-də valideynlərinin Bakı Sağlamlıq Mərkəzində diş həkiminə apardığı 11 yaşlı Xədicə Babazadə o vaxtdan bəri bir ildir komadadır. Anası Ş.Mehdiyeva AzadlıqRadiosuna deyir ki, istər yerli, istərsə əcnəbi həkimlər övladının nə vaxt ayıla biləcəyinə dair ümidverici nəsə söyləmirlər.
Politoloq Bəhruz Səmədov dövlətə xəyanətdə suçlanıb altı aydır həbsdə saxlanmasına etiraz olaraq aclığa başladığını deyib. O, fevralın 21-də öz məhkəməsində bunu dilə gətirib.
Prokurorun çıxışından öncə sənədlər tədqiq olunub və bəzi ziddiyyətlər üzə çıxıb.
Azərbaycanın ABŞ-dəki səfirliyində katib, Uruqvaydakı diplomatik missiyasında müvəqqəti işlər vəkili vəzifələrində çalışmış Emin İbrahimov 7 aydır həbsdədir. Keçmiş diplomatın sözlərinə görə, onun cinayət törətmədiyini hər kəs, hətta işinə baxan hakimlər də bilir.
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarının yenidən bərpa ediləcəyi və növbəti əfv sərəncamının imzlanacağı gözlənir.
Azərbaycanın ABŞ-dəki səfirliyində katib, Uruqvaydakı diplomatik missiyasında müvəqqəti işlər vəkili vəzifələrində çalışmış Emin İbrahimov fevralın 5-də hakim önünə çıxarılıb.
"Yaxınlaşıb alışqan istədi, heç cavabımı gözləmədi. Məni vurdu, yerə yıxıldım. Bu anda dərhal polislər töküldü üstümə".
Naxçıvan Universitetinin təsisçisi və keçmiş rektoru İsmayıl Əliyev deyir ki, Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sabiq sədri Vasif Talıbov yaratdığı və rəhbərlik etdiyi təhsil ocağını zorla əlindən alıb.
İqtisadçı professor Qubad İbadoğlunun həbsindən 10 gün sonra İstanbul Universitetinin Türkiyədən gətirilən və eyni cinayət işində təqsirləndirilən doktorantı Fazil Qasımov indi onun məhkəməyə gəlməsini istəyir.
Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
Sumqayıtda çalışan hakim də cəzalandırılıb.
Davamı