Sentyabrın 27-də başlayan döyüşlər Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanatla noyabrın 10-da dayandırılıb. Bundan sonra Xankəndindən gedən erməni əhali yenidən evlərinə qayıtmağa başlayıblar.
Xankəndində həyat yenidən canlanmağa başlayıb

9
Sakinlər müharibədən zərər çəkmiş evləri təmir edirlər. Hər iki tərəfdə müharibə onlarla dinc sakinin də həyatına son qoyub.

10
2 dekabr. Xankəndindəki məktəbdə şagird milli erməni rəqsi edir. Atəşkəs razılaşmasınadək Azərbaycan ordusunun Qarabağda irəliləməsi nəticəsində əksər ermənilər Xankəndinə sığınmağa məcbur qalmışdılar.

11
18 noyabr. Xankəndindən qaçqın düşənlər geri qayıtmaq üçün Yerevanda avtobus gözləyirlər

12
29 noyabr. Xankəndi yaxınlığında nəzarət məntəqəsində rus sülhməramlıları. 44 günlük müharibənin ardınca noyabrın 9-da imzalanmış üçtərəfli – Azərbaycan, Ermənistan və Rusiya razılaşmasından sonra Dağlıq Qarabağa 2000 rus əsgəri gəlib.