Keçid linkləri

2025, 04 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:35

Azərbaycan yenə 'qeyri-azad' ölkələr və 'avtoritar rejimlər' cərgəsində


Azərbaycanda müxalifətçi olmağın bədəli: 'Zindan, işsizlik...'
Gözlə

No media source currently available

0:00 0:09:09 0:00

Azərbaycanda müxalifətçi olmağın bədəli: 'Zindan, işsizlik...'

Bu həftə jurnalist və fəallara qarşı azı 7 məhkəmə keçirildi və yalnız birində iddia təmin olundu, jurnalist Şahnaz Bəylərqızı ev dustaqlığına buraxıldı.

Digər proseslərdə isə ya həbs cəzaları kəsildi, ya da həbs-qətimkan tədbirləri dəyişdirilmədi. "Kanal 13" internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucova 2 il, ictimai fəal Möhyəddin Orucova 3 il həbs kəsildi.

Jurnalistlər Fərid İsmayılov və Natiq Cavadlı ev dustaqlığına buraxılmadılar.

Hazırda həbsdə olan 30-dək jurnalist və fəal qaçaqmalçılıq və digər maddələrlə ittihamlar olunurlar, ancaq həbslərini siyasi motivli sayırlar. Rəsmilər ölkədə siyasi təqibləri təkzib etsələr də, beynəlxalq insan haqları qurumları da hökuməti repressiyaları dayandırmağa çağırıb.

Siyasi fəal Tofiq Yaqublunun məhkəməsi gələn həftə davam edəcək. Ona prokuror 10 il həbs istəyib.

Hüquq müdafiəçisi Rüfət Səfərov da ev dustaqlığına buraxılmayıb. O, məhkəməsində deyib ki, ölkədə repressiyaların ən yüksək həddə çatdığı indiki durumda özünün də həbsdə olmasını təbii sayır.

+++

Bu həftə Prezident yanında Əfv Məsələləri Komissiyası növbəti iclasını keçirdi, gələn həftə daha bir iclas gözlənilir. Bəzi hüquq müdafiəçiləri Novruz bayramı, yaxud 28 may Müstəqillik Günü ərəfəsində əfv veriləcəyini gözləyirlər. Amma ötənilki əfvdə onların siyasi məhbus kimi tanıdıqları şəxslərin heç biri buraxılmadı.

Dünya əhalisinin 45 faizi demokratiyada yaşayır

Son 16 ayda davamlı jurnalist həbsləri, müstəqil media orqanlarının qapadılması fonunda Azərbaycan yenə də dünyada "qeyri-azad" ölkələr sırasında yer aldı. Bu sıralama illərdir dəyişmir. "Freedom House" təşkilatının hesabatına görə, Azərbaycan son 13 ildə 11 pillə geriləyib. Qurum qlobal miqyasda azadlığın da 19-cu ildir gerilədiyini bildirir. Azərbaycanın qonşularından yalnız Ermənistanla Gürcüstan "qismən azad" sayılıb, digər qonşular onunla eyni cərgədə yer alıb.

Hakimiyyətin kursunu dəstəkləyənlər əksini deyir, ölkədə təməl hüquq və azadlıqların qorunması fikrində israr edir. Onlar Azərbaycanın hüquqi və demokratik ölkə olduğunu, yalnız cinayət törədənlərin cəzalandırıldığını iddia edirlər.

Di gəl, bu həftə açıqlanan başqa bir reytinqdə də Azərbaycanın yeri ürəkaçan deyil. "Economist Intelligence Unit"in 2024-cü il Demokratiya İndeksində ölkə avtoritar rejimlər sırasında görünür. Ötən il dünyada rekord sayda seçkilər keçirilib, dünya əhalisinin yarıdan çoxu seçkilərə gedib. Buna baxmayaraq, EIU Demokratiya İndeksində daha bir geriləmənin yaşandığını vurğulayır. Orta indeks 2006-cı ildən bəri ən aşağı səviyyəyə - 5.17-yə düşüb, 2023-də isə 5.23 olub.

EIU ötən il dünya əhalisinin yalnız 45 faizinin demokratiyada yaşadığını qeyd edir, 39 faiz avtoritar idarəetmə altında, 15 faiz isə seçki demokratiyasını avtoritar meyllərlə birləşdirən "hibrid" rejimlərdə yaşayıb.

Bu həftə AzadlıqRadiosu Rusiyada qüvvəyə minən yeni miqrasiya qaydalarının oradakı azərbaycanlılara yaratdığı problemlərə də işıq salıb. Radioya danışan azərbaycanlılar üzləşdikləri çətinliklərdən danışıblar, ölkələrinə qayıdacaqları halda, iş tapa bilməyəcəkləri ilə bağlı qorxularını dilə gətiriblər. Müstəqil iqtisadçılar da hökumətin bu problemi görməzdən gəldiyini deyirlər.

XS
SM
MD
LG