Keçid linkləri

2025, 04 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:01

Boris Nemtsovun anası onun qətlindən 10 il sonra xatirələrini bölüşür


10 Years After Nemtsov's Killing, Family Shares Mother's Final Testament
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

10 Years After Nemtsov's Killing, Family Shares Mother's Final Testament

Rusiyalı müxalifət lideri Boris Nemtsovun qətlindən 10 il ötür. 2015-ci il fevralın 27-də Moskvada qətlə yetirilən rusiyalı müxalifət liderinin ailəsi Borisin anasının oğluna dair xatirələrini ifadə etdiyi şəxsi bir videonu "CurrentTimeTV" ilə paylaşıb.

Video Nemtsovun qızı Janna tərəfindən 2023-cü ildə nənəsinin ölümündən bir neçə ay əvvəl çəkilib. Bu kadrlar Yeltsin dövründə Rusiya siyasətinin zirvəsinə yaxınlaşan, sonra isə prezident Vladimir Putinin sərt tənqidçisinə çevrilən şəxs haqqında unikal bir baxış təqdim edir.

"Vacib biri'

"Məktəbdə müəllimlər onu sevirdi. Qızlar onu "vacib biri" adlandırırdı", - Dina Nemtsova videoda deyir. Borisin anası 2024-cü ilin fevralında 96 yaşında vəfat edib.

O, bu videoda sadə həyat tərzindən önəmli mövqeyə yüksəlmiş istedadlı bir oğlanın portretini çəkir: "Evində işləmək onun üçün çox çətin idi. Kiçik bir yeri vardı mətbəxdə, amma hər zaman kimsə işini yarıda kəsirdi. Bəzən işə başlamaq üçün yer tapmaqda çətinlik çəkəndə hamama girirdi".

Nemtsov Qorki şəhərində böyüyüb və şəhərin universitetində fizika üzrə təhsil alıb. Bu şəhər Sovet İttifaqının dağılmasından sonra Nijni Novqorod adlanır.

"O, ölkədə baş verənlərə qarşı tənqidi yanaşırdı", - Dina bildirir. "Boris artıq [Sovet lideri Leonid] Brejnevin dövründə baş verənlərdən xəbərdar idi".

Lakin Nemtsovun siyasi fəaliyyətə başlaması Sovet lideri Mixail Qorbaçovun dövrünə təsadüf edir. Qorbaçovun "qlasnost" (aşkarlıq) və "perestroyka" (yenidənqurma) siyasətləri ölkədəki siyasi iqlimi yumşaltmış, fikir bildirmək üçün daha əlverişli mühit yaratmışdı.

Baş nazirin müavini Boris Nemtsov və prezident Boris Yeltsin Kremldə görüşdən əvvəl. 1997
Baş nazirin müavini Boris Nemtsov və prezident Boris Yeltsin Kremldə görüşdən əvvəl. 1997

Siyasi oyanış

"Biz yenidənqurma başlayanda siyasəti izləməyə başladıq. Deyə bilərəm ki, məhz onda Boris siyasətə girdi".

Nemtsov 1990-cı illərin sovetdənsonrakı Rusiyasının çətin şəraitində uğurlu bir karyera qurdu və nəticədə Yeltsinin dövründə baş nazirin müavini vəzifəsinə qədər yüksəldi. Lakin Yeltsin Putini varisi olaraq təyin etdikdən sonra Nemtsov Kremlin yeni avtoritar kursuna qarşı keçirilən küçə etirazlarında müntəzəm olaraq iştirak etməyə başladı.

Müsahibələrindən birində Nemtsov Putin haqqında demişdi: "Putin sovet davranışları ilə zəngin bir KQB işçisidir".

B.Nemtsov Rusiyanın getdikcə daha çox təzyiq altına düşən müxalifətinə qlobal tanınma və hörmət qazandıran mühüm bir fiqur idi. Qərb paytaxtlarında o, kommunizm illərindən sonra yeni, demokratik Rusiya ümidini simvolizə edirdi.

2015-ci ildə qətlə yetirildiyi zaman bu hadisə siyasi bir qətl kimi qiymətləndirildi. Beş çeçen sifarişli qətldə təqsirli bilindi, lakin Rusiya hüquq-mühafizə orqanları qətlin sifarişinə görə heç kəsi məsuliyyətə cəlb etmədi.

Borisin anası 2016-cı ildə yazmışdı ki, sonuncu dəfə oğlunu 2014-cü ilin dekabrında görüb.

"O, zəif və dağınıq görünürdü... Heç vaxt ağlıma gəlməzdi ki, vəziyyət bu qədər təhlükəli ola bilər", - D.Nemtsova bildirir.

XS
SM
MD
LG